Haqqımızda

Səyahət üçün lazım olan hər şey bir platformada.

Smile Tour — aviabilet, otel, transfer, viza, sığorta və icarə xidmətlərini Süni Zəka Aləti ilə birləşdirən rəqəmsal turizm platformasıdır. Məqsədimiz səyahəti daha sadə, əlçatanxoş təcrübə halına gətirməkdir.

Rəqəmsal turizm ekosistemi Dynamic Packaging & Loyalty B2B Dashboard ilə analitika
Missiya və Vizyon

Niyə Smile Tour?

Smile Tour yalnız tur paketləri satan bir agentlik deyil, müştərinin bütün səyahət ehtiyaclarını vahid rəqəmsal platformada birləşdirən ekosistemdir. Missiyamız müştərilərin səyahət planlama yükünü azaltmaq, onlara daha şəffaf, sərfəli və fərdiləşdirilmiş seçimlər təqdim etməkdir.

Missiyamız

Müştərilərə fərdi və keyfiyyətli turizm xidmətləri təqdim etməklə, səyahəti hər kəs üçün əlçatan, münasibunudulmaz etmək Smile Tour-un əsas missiyasıdır. Bizim üçün hər rezervasiya sadəcə bir satış deyil, müştərinin xatirəsinə yazılacaq yeni bir səyahət hekayəsidir.

Müştəri mərkəzli yanaşma Texnologiya əsaslı həllər Şəffaf qiymət siyasəti
Vizyonumuz

Vizyonumuz Azərbaycan və region üzrə tanınan, etibarlı və innovativ turizm brendi olmaqdır. Smile Tour həm outgoing (Azərbaycan vətəndaşlarının xaricə səyahəti), həm də incoming (xaricdən Azərbaycana turist axını) sahəsində liderliyə can atır. Məqsədimiz yerli turizm ekosisteminin rəqəmsallaşmasına, ölkə iqtisadiyyatına və turizm sektorunun inkişafına real töhfə verməkdir.

Regional liderlik Incoming & Outgoing balansı Turizmin rəqəmsal transformasiyası
Yaranma hekayəsi

Smile Tour necə formalaşdı?

Smile Tour ideyası klassik turizm agentliyi modelinin dəyişən müştəri gözləntilərinə cavab vermədiyi müşahidəsindən doğdu. İnsanlar artıq səyahəti agentlik ofislərində deyil, smartfon ekranında planlaşdırır. Biz bu reallığı nəzərə alaraq, yeni nəsil rəqəmsal turizm platforması qurmağa qərar verdik.

İdeyanın formalaşması

Turizm sahəsindəki real təcrübə, müştəri davranışları və bazardakı boşluqların analizi nəticəsində “səyahət üçün lazım olan hər şey bir platformada” konsepti formalaşdı. Fokusumuz yalnız satış deyil, həm də tam xidmət axını yaratmaq oldu.

Platforma arxitekturası

Marketplace/SaaS yanaşması ilə həm fərdi müştərilərin, həm də B2B tərəfdaşların istifadə edə biləcəyi modul sistem dizayn olundu: Süni Zəka Aləti, Dynamic Packaging, Loyalty System, B2B Dashboard və s.

Pilot mərhələ və testlər

İlk mərhələdə daxili və xarici tur paketləri üzərindən test rezervasiyaları aparıldı. Müştəri rəyləri əsasında UX/UI, teklif məntiqi, qiymət dinamikası və kommunikasiyalar optimallaşdırıldı.

Tam rəqəmsal platformaya keçid

Bu gün Smile Tour həm web, həm də gələcəkdə mobil tətbiq üzərindən tam rəqəmsal xidmət göstərmək üçün hazırlanır. Məqsədimiz müştərinin ofisə gəlmədən, bütün səyahəti onlayn olaraq planlaşdırmasıdır.

Dəyər təklifi

Smile Tour-un fərqi nədədir?

Rəqiblərlə müqayisədə Smile Tour platforma yanaşması ilə seçilir. Biz yalnız tur satmırıq, həm də agentliklər, otellər və digər tərəfdaşlar üçün dəyər yaradan vahid ekosistem qururuq. Aşağıdakı üstünlüklər bizi bazarda fərqləndirir:

Süni Zəka Aləti

İstifadəçi davranışları, büdcə və maraq dairələrini analiz edərək fərdi tur, otel və uçuş təklifləri formalaşdırır. Bu, həm müştəri məmnuniyyətini, həm də konversiya dərəcəsini artırır.

Dynamic Packaging

Aviabilet + Otel + Transfer + Viza + Sığorta + İcarə xidmətlərini real vaxtda bir paketdə birləşdirərək ən sərfəli kombinasiyaları hesablayır. Müştəri yalnız “son təsdiq” verir.

Loyalty System

Hər rezervasiyadan bonus və cashback qazanmaq, promo endirim kodları ilə növbəti səyahəti daha sərfəli etmək imkan verir. Bu isə müştəri loyallığını gücləndirir.

B2B Dashboard

Agentliklər və partnyorlar üçün satış analitikası, gəlir hesabatları, rezervasiya statistikası və performans göstəriciləri vahid paneldə təqdim edilir.

Etibar və təhlükəsizlik

Müştərinin ödəniş təhlükəsizliyi, şəxsi məlumatların qorunması və şəffaf şərtlər Smile Tour-un əsas prioritetlərindəndir. Lisenziyalı tərəfdaşlarla işləmək prinsipimizdir.

Yerlı turizmin inkişafı

Daxili turlar, bölgə ziyarətləri, qastronomiya və mədəniyyət paketləri ilə Azərbaycanın turizm potensialının təşviqi bizim üçün strateji istiqamətdir.

Komanda

Smile Tour arxasındakı komanda

Smile Tour-un uğurlu icrası turizm, məhsul inkişafı, marketinq və partnyor menecmenti sahəsində təcrübəli komandaya əsaslanır. Komandamız texnologiya ilə turizmi birləşdirərək həm müştərilər, həm də tərəfdaşlar üçün dayanıqlı dəyər yaradır.

NM
Narina Mahmudova
CEO / COO — Turizm və əməliyyat
Tel / WhatsApp: +994 51 801 95 41
Turizm əməliyyatları · Müştəri təcrübəsi
Elnur Əsgərov
CTO / Head of Product — Marketplace & SaaS memarlığı
Tel / WhatsApp: +994 55 745 55 17
Platforma arxitekturası · Məhsul strateqiyası
XA
Xanım Ağayeva
Head of Supply — Otel və operator müqavilələri
Tel / WhatsApp: +994 10 312 99 24
Otel şəbəkələri · Təchizat menecmenti
DM
Dyaçkova Milana
Head of Marketing — Performans & brend
Tel / WhatsApp: +994 55 241 66 20
Rəqəmsal marketinq · Brend idarəetməsi
Gəlin, növbəti səyahətini birgə planlaşdıraq.

İstər ailəvi istirahət, istər qrup turu, istərsə də biznes səfəri olsun — Smile Tour sənin üçün ən uyğun aviabilet, otel və tur paketlərini Süni Zəka Aləti ilə bir araya gətirir. Əgər turizm agentliyi və ya otel idarə edirsənsə, B2B Dashboard ilə əməkdaşlığa da qoşula bilərsən.